Vaşinqton Türkiyənin Rusiyadan silah almasına reaksiya verib
https://azeri.sahartv.ir/news/türkiyə-i282241-vaşinqton_türkiyənin_rusiyadan_silah_almasına_reaksiya_verib
ABŞ Dövlət Departamenti Türkiyənin Rusiyadan S-400 raket sistemi almasından narahatlıq ifadə edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 13, 2017 14:30 Asia/Baku
  • Vaşinqton Türkiyənin Rusiyadan silah almasına reaksiya verib
    Vaşinqton Türkiyənin Rusiyadan silah almasına reaksiya verib

ABŞ Dövlət Departamenti Türkiyənin Rusiyadan S-400 raket sistemi almasından narahatlıq ifadə edib.

"Xəbər Türk" informasiya portalının verdiyi məlumata görə, ABŞ Dövlət Departamentinin sözçüsü Hiter Nort Türkiyənin  "S-400" raket hücumundan müdafiə sistemi almaq üçün Rusiya ilə danışıqlar aparmasına işarə edərək, deyib: NATO-ya üzv ölkələrin Şimali Atlantika Alyansının silah sisteminə uyğun silahlardan istifadə etməsi böyük önəm daşıyır.

Nort daha sonra deyib: Əgər Türkiyə həqiqətən bu raket sistemini almaq istəyirsə, bu həqiqətən Vaşinqton üçün nigaranlıq doğurur.