İraq və Türkiyə iki ölkə sərhədlərində birgə hərbi manevrin keçirilməsinə hazırlaşırlar
-
İraq və Türkiyə iki ölkə sərhədlərində birgə hərbi manevrin keçirilməsinə hazırlaşırlar
İraqın Müdafiə Nazirliyi bu ölkə ordusunun Türkiyə ordusu ilə birlikdə iki ölkə sərhədlərində irimiqyaslı hərbi manevrlərə hazırlaşmasından xəbər verib.
İSNA xəbər agentliyinin verdiyi məlumata görə, İraqın Müdafiə Nazirliyi bir bəyanat yayaraq, İraq ordusu Baş Qərargah rəisi Osman Əl-Ğanimiyə istinadla bu manevrin 3-cü mərhələsinin bu gün, tezliklə təyin edilmiş ərazilərə daxil olacaq İraqlı qüvvələrin iştirakı ilə başlanacağını bildirib. Bu məlumatda Türkiyə ilə birgə hərbi manevrini detallarına aydınlıq gətirilməyib.
Əl-Qanimi 23 sentyabrda Ankarada Türkiyə ordusu Baş Qərargah rəisi Xülusi Akar ilə görüşdə İraq Kürdüstanında separatçı referendumun keçirilməsi məsələsini araşdırmaqla yanaşı, İraqın ərazi bütövlüyü və milli birliyinin qorunması habelə, terrorizm ilə mübarizədə əməkdaşlıq məsələləri barədə danışıqlar aparıb.
İraq hökuməti bundan öncə ölkənin ərazi bütövlüyü və milli birliyinə qarşı yönəlmiş istənilən hərəkətə qarşı mübarizə aparacağını bildirmişdi.
Türkiyə də İraq Kürdüstanında keçirilən separatçı referendumu öz milli təhlükəsizliyinə qarşı ciddi təhdid hesab edərək, bu təhdidin önlənilməsi üçün lazımi tədbirlərin həyata keçiriləcəyini bildirmişdi.