Ərdoğan və Putin İraqın ərazi bütövlüyünü vurğulayıblar
Türkiyə və Rusiya prezidentləri cümə axşamı Ankarada görüşərək, İraqın ərazi bütövlüyünü vurğulayıblar
Türkiyə prezidenti Rəcəb Tayyıb Ərdoğan Rusiya prezidenti Vladimir Putin ilə birgə mətbuat konfransında İraq Kürdüstanında bu məntəqənin İraqdan ayrılması üzrə referendumun keçirilməsini böyük bir yanlışlıq adlandırıb və bildirib ki, Ankara və Moskva İraqın ərazi bütövlüyü barədə fikir birliyinə malikdirlər.
Ərdoğan heç kimin öz şəxsi və qısa müddətli maraqlarına çatmaq üçün bölgəni alovlandırmağa haqqı olmadığını vurğulayıb.
Vladimir Putin də bu mətbuat konfransında qeyd edib ki, Moskvanın mövqeyi, İraqın və digər Yaxın Şərq ölkələrinin suverenliyi, bütövlüyü və ərazi bütövlüyünün qorunmasını dəstəkləməkdir.
Birləşmiş Millətlər Təşkilatının baş katibi, region ölkələri, Avropa İttifaqı və ABŞ da Barizaninin İraq Kürdüstanında bu məntəqənin İraqdan ayrılması üzrə referendum keçirməsini pisləyərək, onu İraq konstitusiyası ilə təzadlı adlandırıblar. Onlar bu referendumun nəticələrinin hər cür qanuni təsirini rədd edərək, İraqın bütövlüyü və ərazi bütövlüyünün qorunub saxlanılmasını vurğulayıblar.