Ərdoğan BMT TŞ üzvlərini tənqid etdi
https://azeri.sahartv.ir/news/türkiyə-i285563-Ərdoğan_bmt_tŞ_üzvlərini_tənqid_etdi
Türkiyə prezidenti deyib: Dünya Təhlükəsizlik Şurasının beş üzvünə itaət etməyə məcbur deyil.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 22, 2017 12:10 Asia/Baku
  • Ərdoğan BMT TŞ üzvlərini tənqid etdi
    Ərdoğan BMT TŞ üzvlərini tənqid etdi

Türkiyə prezidenti deyib: Dünya Təhlükəsizlik Şurasının beş üzvünə itaət etməyə məcbur deyil.

İRNA-nın məlumatına görə, Rəcəb Tayyib Ərdoğan şənbə günü İstanbul şəhərinin İbn Xaldun Universitetində Beynəlxalq Sivilizasiya Şurasının açılış mərasimində deyib: BMT Təhlükəsizlik Şurasının 5 üzvünün dünyanın taleyini istədikləri kimi həll etmək haqları yoxdur.

O əlavə edib: Dünyanın şəraiti II Dünya Müharibəsi dövrü ilə müqayisədə dəyişmişdir və digər məsələlər kimi bu sahədə islahatların aparılması zəruridir.

O həmçinin Myanma ordusu və bəzi buddistləri tərəfindən rohinca müsəlmanlarının qırğın edilməsi ilə bağlı Təhlükəsizlik Şurasının zəif roluna toxunub və deyib: Terrorizm bəhanəsi ilə rohinca müsəlmanlarını qırğın edirlər.