Okt 30, 2017 13:23 Asia/Baku
  • Ərdoğ
    Ərdoğ

Türkiyə prezidenti bu ölkədə yeni çevriliş ehtimalı iddiasına cavabda deyib: Türkiyə qəbiləvi bir ölkə deyildir ki, çaxnaşma və toqquşmanın qurbanı olmuş olsun.

Rəcəb Tayyıb Ərdoğan dünən Türkiyə prezident sarayında etdiyi çıxışında bu ölkənin düşmənlər qarşısındakı birliyini vurğulayaraq, söyləyib: Türkiyə özünün yüz illərlə keçmişi ilə daha qəbiləvi bir ölkə deyildir ki, asanlıqla onu qarşıdırmaq mümkün olmuş olsun.

Türkiyədə çıxan “Barlas” qəzetinin tanınmış yazarlarından olan Cəmil Barlas qarşıdakı fevral ayında bu ölkədə yeni bir çevrilişin baş verməsi ehtimalından xəbər veribdir.

O, öz twitt-ində iddia edibdir ki, bu çevrilişin əsas oyunçuları amerikalılardır.

Bu məşhur yazar bundan öncə də bu ölkədə ötən ilin 15 iyulunda həyata keçirilmiş uğursuz çevilişdən xəbər vermişdi.

 

Teqlər