Noy 07, 2017 11:59 Asia/Baku
  • Ərdoğan İstanbulda qalmaqallı layihənin açılışını edib
    Ərdoğan İstanbulda qalmaqallı layihənin açılışını edib

Türkiyə prezidenti İstanbul şəhərinin Taksim meydanında Opera binasının inşası layihəsinin açılışını edib.

Frans Pressin məlumatına görə, Rəcəb Tayyib Ərdoğan bazar ertəsi günü eskizləri nümayiş etdirilən bu layihənin açılış mərasimində deyib: İstanbul şəhərinin Taksim meydanında Opera binası Türkiyə üçün simvola çevriləcək.

2500 tamaşaçı tutumu olacaq Opera binası Atatürk Mədəniyyət Mərkəzinin alternativi olacaq. 

Müasir Türkiyənin banisi Mustafa Kamal Atatürk Mədəniyyət Mərkəzi 1969-cu ildə istifadəyə verilib və 2008-dən istifadəsiz qalıb. 

Türkiyədə şüşə vizulallığı olan bu binanın sökülməsi ehtimalı qalmaqala səbəb olub. 

Opera binası layihəsinin əleyhdarlarının qənaətincə, Atatürk Mədəniyyət Mərkəzi sökülmək yerinə təmir olunmalıdır. 

Teqlər