Noy 09, 2017 17:15 Asia/Baku
  • Ərdoğan: Yaxın Şərq regionunun olayları planlaşdırılmış olaylardır
    Ərdoğan: Yaxın Şərq regionunun olayları planlaşdırılmış olaylardır

Türkiyə prezidenti Yaxın Şərq regionu olaylarını xüsusi məqsədlər üçün başqaları tərəfindən planlşdırılan olaylar adlandırıb.

İSNA-nın məlumatına görə, Rəcəb Tayyib Ərdoğan ötən gün hakim Ədalət və İnkişaf Partiyasının parlament deputatları ilə həftəlik iclasında deyib: Yaxın Şərqdə vəziyyət və yaranan şərait təsadüfi deyil və yaxın və uzaq gələcək üçün məqsədləri izləyir. Belə ki, regionun perspektivini gələcək əsr üçün formalaşdırsın. 

Rəcəb Tayyib Ərdoğan əlavə edib: Türkiyə həssas mərhələni keçməkdədir və ötən ildə Türkiyədə baş verən bütün olaylar düşmənlərin məkrli planının bir hissəsi idi. 

Türkiyə prezidenti etdiyi çıxışında PKK qrupu əleyhinə ölkəsinin mübarizələrinə toxunaraq deyib: PKK tək deyil və regionda əlbiri vardır. 

Ərdoğan sözlərinin başqa hissəsində bu ölkənin Fətulla Gülən qrupuna bağlı üzvlərlə mübarizəsi haqda deyib: Onlar əleyhinə əməliyyat davam edəcək. 

Türkiyə hökumətinin qənaətincə, Gülən ölkənin ədliyyə, hərbi, təhsil sistemində qruplar təşkil edərək 14 iyul çevrilişini planlaşdırıb. Lakin Gülən bu iddianı rədd edir. 

Teqlər