Noy 13, 2017 20:10 Asia/Baku
  • Türkiyə prezidenti Rusiyaya səfər edib
    Türkiyə prezidenti Rusiyaya səfər edib

Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinin dəvəti ilə bu ölkəyə dəvət edib.

İRİB-nin verdiyi məlumata görə, Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğan Rusiya prezidenti Vladimir Putin ilə görüşüb, danışıqlar aparmaq üçün yüksək səviyyəli bir heyətin müşayiəti ilə bu ölkəyə səfər edib.

Bu, cari ildə Ərdoğan və Putin arasında baş tutan 5-ci görüşdür.

Ərdoğan Rusiyaya səfər etməzdən öncə İstanbul hava limanında jurnalistlər qarşısında verdiyi açıqlamada deyib: Putin ilə görüşdə ticarət, iqtisadiyyat və enerji məsələləri ilə yanaşı, region olayları o cümlədən Suriya barəsində də danışıqlar aparılacaq, Astana anlaşması çərçivəsində Suriyanın İdlib vilayətində təhlükəsiz zonanın yaradılması üzrə atılacaq növbəti addımlar haqda fikir mübadiləsi həyata keçiriləcək.

Teqlər