Noy 16, 2017 12:47 Asia/Baku
  • Ərdoğan Qətərə hərbi yardıma təkid edib
    Ərdoğan Qətərə hərbi yardıma təkid edib

Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğan dünən Qətərin əmiri Şeyx Təmim Bin Həmd Ali-Sani ilə görüşündə Ankaranın Dohaya hərbi yardımlarını davam etdirəcəyinə söz verib.

İRİB-in verdiyi məlumata görə, Türkiyə prezidenti Qətər əmiri ilə görüşündə həmçinin maliyyə, turizm və tədqiqat sahələrində bir neçə razılaşmanın imzalanmasından xəbər verib. 

Ərdoğan Türkiyənin müxtəlif sahələr o sıradan sənaye və hərbi sahələrdə Qətərə dəstəyini davam etdirəcəyini vurğulayıb. 

Ərdoğan deyib: Türkiyənin özəl sektoru 2022-ci il futbol üzrə Dünya Çempionatı üçün lazımı tikinti layihələrinin həyata keçirilməsində Qətərə kömək etməyə hazırdır. 

Qətər ilə Səudiyyə Ərəbistanı arasında yaranmış böhrandan sonra bu Ərdoğanın Dohaya ikinci səfəridir. 

2017-ci il 5 iyunda Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn və Misir Qətəri radikal qruplara dəstək verməkdə ittihamlandıraraq bu ölkə ilə əlaqələrini kəsdilər və Qətərə qarşı blokadalar tətbiq etdilər. 

Türkiyə isə özünün Fars körfəzindəki əsas müttəfiqi olan Qətərə dəstək verdi. Son illərdə Ankara ilə Doha siyasi, hərbi və diplomatik sahələrdə münasibətlərini gücləndiriblər. 

Teqlər