ABŞ-ın Türkiyəyə yalan vədləri
Türkiyə prezidenti bildirib: ABŞ Suriya Demokratik Birlik Partiyası PYD ilə hərbi davranmada yalan vədlərlə indiyə qədər bu ölkədə özü üçün 14 hərbi baza yaradıb.
İRİB-in məlumatına görə, Rəcəb Tayyib Ərdoğan Ankarada etdiyi çıxışında deyib: Tramp da Barak Obama kimi PYD ilə davranışda öz vədlərini dəfələrlə yerinə yetirmədi, üstəlik başqa adla PYD ilə anlaşması vardır və İraqdan Suriyanın şimalında 3500 yük maşını olan hərbi yardım göndərib.
Türkiyə prezidenti əlavə edib: İŞİD terror qruplaşmasını təşkil edənlər PYD terror qruplaşmasını da yaradıblar və İraqın şimalını ayrılığa sürükləməklə bu ölkədə destabillik yaratmaq istəyirdilər.
Ərdoğan deyib: Türkiyəyə və Türkiyə xalqına doğru silahını tuşlamağa cəhd edən və Türkiyə əleyhinə məkrli planlar ardınca olan şəxslərlə əsla anlaşmayacağıq.
Türkiyə prezidentinin sözlərinə görə, İŞİD-lə savaşdığını iddia edən bir çox güclər əslində, bu qruplaşmanı yaradıblar, onlara silah verir və yardım edirlər. Elə buna görə, Suriyanın şimal-qərbində Əfrin şəhərini terrorçulardan təmizləməliyik.
Ərdoğan sonda deyib: ABŞ-ın PYD haqda vədlərinə sadiq qalmaması Türkiyənin ümidsizliyinə səbəb oldu və beynəlxalq koalisiya ilə həll edilməli olan bir çox məsələ Vaşinqton tərəfindən dalana sürüklənib.