Kamal Kılıçdaroğlunun iddiası Ankara Prokurorluğu tərəfindən araşdırılır
https://azeri.sahartv.ir/news/türkiyə-i288011-kamal_kılıçdaroğlunun_iddiası_ankara_prokurorluğu_tərəfindən_araşdırılır
Ankara prokurorluğu Cümhuriyyət Xalq Partiyasının başqanı Kamal Kılıçdaroğlunun Türkiyə prezidentinə yaxın insanlar tərəfindən külli miqdarda pulun ölkədən çıxarılması ilə bağlı iddiası əsasında araşdırmalara başlayıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 01, 2017 18:15 Asia/Baku
  • Kamal Kılıçdaroğlunun iddiası Ankara Prokurorluğu tərəfindən araşdırılır
    Kamal Kılıçdaroğlunun iddiası Ankara Prokurorluğu tərəfindən araşdırılır

Ankara prokurorluğu Cümhuriyyət Xalq Partiyasının başqanı Kamal Kılıçdaroğlunun Türkiyə prezidentinə yaxın insanlar tərəfindən külli miqdarda pulun ölkədən çıxarılması ilə bağlı iddiası əsasında araşdırmalara başlayıb.

Anadolu xəbər agentliyinin verdiyi məlumata görə, Kamal Kılıçdaroğlu 28 noyabrda CHP-nin Türkiyə Böyük Millət Məclisindəki fraksiyasının iclasında ölkə prezidenti Rəcəb Təyyib Ərdoğanın yaxın çevrəsində olan bəzi insanların Man Adasında ofşor şirkət quraraq, ölkədən milyonlarla dollar vəsaiti çıxartmaqda ittiham edib. 

Ankara prokurorluğu bir bəyanat yayaraq, Kamal Kılıçdaroğlunun iddiası ilə bağlı araşdırmalara başladığını elan edərək, pul köçürmələri və Svift bank şəbəkəsinin qısa mesajları ilə bağlı sənədlərə malik olduğunu bildirib. 

Ankara prokurorluğunun bəyanatına əssən "Belvi" şirkətinin rəhbərliyi Kamal Kılıçdaroğlunun iddia etdiyi sənədlərin saxta olduğunu bildirib.