Türkiyə ordusu 32 PKK-çını öldürüb
https://azeri.sahartv.ir/news/türkiyə-i290053-türkiyə_ordusu_32_pkk_çını_öldürüb
Türkiyə ordusunun hərbçiləri PKK-nın mövqelərinə qarşı əməliyyatda onlardan 32 nəfərini öldürüblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 23, 2017 07:37 Asia/Baku
  • Türkiyə ordusu 32 PKK-çını öldürüb
    Türkiyə ordusu 32 PKK-çını öldürüb

Türkiyə ordusunun hərbçiləri PKK-nın mövqelərinə qarşı əməliyyatda onlardan 32 nəfərini öldürüblər.

Türkiyə ordusunun baş qərargahı dünən bildirib ki, həmin şəxslər bu ordunun ötən həftə İraqın şimalındakı Hakurk və "Əfaşin Basiyan", həmçinin Türkiyənin Tunceli, Mardin, Diyarbakir və Batman şəhərlərində keçirdiyi əməliyyatlarda öldürülüblər.

PKK komandirlərindən üç nəfərinin də öldürüldüyü əməliyyatda Türkiyə ordusunun hərbçiləri  PKK ünsürlərinin bir neçə silah anbarı, mövqeləri və gizləndikləri məkanı məhv ediblər.