Suriyadən atılan 4 ədəd raket Türkiyənin cənubuna düşüb
https://azeri.sahartv.ir/news/türkiyə-i293015-suriyadən_atılan_4_ədəd_raket_türkiyənin_cənubuna_düşüb
Yerli mənbələr Suriyanın şimalından Türkiyənin Kilis şəhərinə doğru 4 raketin atılmasından xəbər veriblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 21, 2018 10:31 Asia/Baku
  • Suriyadən atılan 4 ədəd raket Türkiyənin cənubuna düşüb
    Suriyadən atılan 4 ədəd raket Türkiyənin cənubuna düşüb

Yerli mənbələr Suriyanın şimalından Türkiyənin Kilis şəhərinə doğru 4 raketin atılmasından xəbər veriblər.

Sputnik informasiya agentliyinin verdiyi məlumata görə, bazar günü səhər saatlarında Suriya ərazisindən Türkiyənin sərhəd Kilis şəhərində 4 ədəd raket atılıb. Nəticədə bir mülki yaralanıb.

Məlumatda maddi zərər və ziyanın miqyasına işarə edilməyib.

Türkiyə ordusu dünəndən başlayaraq, Suriyanın şimalında yerləşən və kürd yaraqlılarının nəzarəti altında olan Afrin şəhərində "Zeytun Budağı" adlı hərbi əməliyyatlara başlayıb. Bu əməliyyatda məqsəd Türkiyə-Suriya sərhədlərində təhlükəsizliyin möhkəmləndirilməsi habelə, İŞİD, PKK, YPG və PYD kimi terror qruplaşmalarının məhv edilməsidir.

Bu arada rəsmi Dəməşq Türkiyənin Suriya ərazisində hərbi əməliyyata başlamasına etiraz edərək, beynəlxalq ictimaiyyətdən bu əməliyyatın dayandırılması üçün lazımi tədbirlərin görülməsini istəyib.