"Zeytun Budağı"; Türkiyənin növbəti anti-terror əməliyyatı
-
"Zeytun Budağı"; Türkiyənin növbəti anti-terror əməliyyatı
Türkiyə hökuməti Suriyanın şimalında bu ölkə ilə sərhəd məntəqələrdə terrorçuların kökünü kəsmək və təhlükəsizliyi təmin etmək üçün "Zeytun Budağı" adlı əməliyyata başlayıb.
Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğan bu ölkə ordusunun Suriyanın şimalında yerləşən Afrin şəhərinə daxil olmasından xəbər verib.
Dünən yerli vaxtla saat 17:00-da başlanan “Zeytun budağı” adlı hərbi əməliyyat çərçivəsində Türkiyə ordusu Afrin şəhərinə artilleriya zərbələri endirib. Daha sonra isə Türkiyə qırıcıları Afrində kürd yaraqlılarının mövqelərini bombalayıblar. Bu gün isə Türkiyə ordusu quru qoşunlarına məxsus 30 ədəd tank iki ölkə sərhədindən keçərək, Suriya ərazisinə daxil olub.
Bu arada ABŞ dövlət katibi və Rusiya xarici işlər naziri bir telefon söhbətində son hadisələri müzakirə ediblər.
Suriya Türkiyənin Afrində hərbi əməliyyatlarını qeyri-qanuni adlandıraraq, bu hərbi əməliyyatların durdrulmasını istəyib.
“Zeytun budağı”. Türkiyənin yeni anti-terror əməliyyatı. “Fərat Qalxanı” əməliyyatının ardınca, Suriya ərazisində trrorçulara qarşı mübarizəni davam etdirmək üçün növbəti dəfə əməliyyat düyməsi işə salındı. Afrindən yüzlərlə kilometr uzaqda, Ankarada. Təqribən 24 saat öncə verilən bu qərarın ardınca Türkiyə ordusu qurudan və havadan ağır zərbələr endirərək, PKK və YPG terrorçularının Afrindəki 108 mövqeyini məhv edib.
Türkiyə silahlı qüvvələrinin baş qərargah rəisi deyib: “Zeytn budağı əməiyyatında terrorçular, onların sığınacaqları, silah və hərbi sursat anbarları, hərbi təchizatları və qərargahları məhv ediləcək. Afrində sivil əhalinin bu hücumlardan zərər çəkməməsi isə bizim üçün başlıca prioritetdir.”
Türkiyə bu hərbi əməliyyatda məqsədin cənub sərhədlərinin İŞİD, PKK və YPG kimi terrorçu qruplardan təmizlənməsi olduğunu bildirib. Artıq bir müddət idi ki, bu məsələ Ankara və Vaşinqton arasında ciddi fikir ayrılıqlarına səbəb olub.
Türkiyənin baş naziri Binali Yıldırım deyir: “Türkiyə silahlı qüvvələri “Zeytun budağı” əməliyyatının birinci mərhələsində öncədən təyin edilmiş bütün hədəfləri yüksək dəqiqlik ilə məhv ediblər. Bu gündən etibarən isə quru qoşunları əməliyyata daxil ediliblər.”
Bundan öncə Türkiyə rəsmiləri dəfələrlə bildiriblər ki, Amerika Suriyada kürd yaraqlılarına 4800 yük maşını ilə ümumi çəkisi 90 min tona çatan silah və hərbi təchizatlar vermək, habelə, terrorçulardan ibarət 30 minlik sərhəd mühafizə qüvvələri yaradaraq, Suriyanın Türkiyə ilə sərhədlərində yerləşdirməsi ilə məntəqədə gərginliyi xeyli artırıb.
Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğan deyir: “Amerika və Avropa Birliyi Suriyada terrorçu qruplaşmaları himayə edirlər. Əlbəttə, açıqlamaları da ziddiyyətlidir. Biri ordu yaratdıqlarını, digəri isə belə bir proqramlarının olmadığını deyir. Ya, bir-birilərindən xəbərsizdirlər. Ya da sözdə yalan danışıb, əməldə öz bildiklərini edirlər.”
“Zeytun budağı” əməliyyatının başlanmasından bir neçə dəqiqə sonra Rusiyanın Müdafiə Nazirliyi də bir bəyanat yayaraq, ABŞ-ın Suriyanın şimalındakı təhrikedici hərəkətlərinin və terrorçu qrupları silahlandırmasının Ankarını belə bir addım atmağa məcbur etdiyini bildirib. Bu arada Rusiya öz hərbçilərinin təhlükəsizliyini təmin etmək üçün, onları əməliyyat bölgəsindən çıxardaraq, Tələfərə köçürüb. Həmçinin, dünən gecə Türkiyə ordusunun 30 tankı sərhəd məntəqəsindən keçərək, Suriya ərazisinə daxil olub.
Türkiyə mənbələri əməliyyatın ilk günündə 110 PKK və YPG yaraqlısının məhv edilməsindən xəbər veriblər.