Türkiyənin Afrin əməliyyatında 172 nəfər ölüb və yaralanıb
https://azeri.sahartv.ir/news/türkiyə-i293679-türkiyənin_afrin_əməliyyatında_172_nəfər_ölüb_və_yaralanıb
Türkiyənin Suriyanın şimal-qərbində Afrin şəhərinə hücumunda həlak olan və yaralananların sayı 172 nəfərə çatıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 27, 2018 08:18 Asia/Baku
  • Türkiyənin Afrin əməliyyatında 172 nəfər ölüb və yaralanıb
    Türkiyənin Afrin əməliyyatında 172 nəfər ölüb və yaralanıb

Türkiyənin Suriyanın şimal-qərbində Afrin şəhərinə hücumunda həlak olan və yaralananların sayı 172 nəfərə çatıb.

Kürd dairələri bildirirlər ki, Türkiyənin hava hücumları Cəlmə, Bülbül və Cəndəris kəndlərində sivillərin mənzillərini hədəf alıb. Digər tərəfdən Rusiyanın Suriyadakı barışıq mərkəzi ötən sutka ərzində Afrin şəhərinin 700-dən çox sakininin didərgin düşdüyünü bildirib.

Bəzi Kütləvi İnformasiya Vasitələrinin Türkiyənin Afrin əməliyyatının uğurlu keçdiyini qeyd etmələrinə rəğmən, Afrin şəhəri əhalisi öz torpaqlarına sadiq qaldıqlarını və normal həyatın qayıtmasını vurğulayırlar.