Çavuşoğlu: Suriyanın ərazi bütövlüyünü dəstəkləyirik
-
Çavuşoğlu: Suriyanın ərazi bütövlüyünü dəstəkləyirik
Türkiyə xarici işlər naziri deyib: Suriyanın ərazi bütövlüyünün qorunması Ankara və Dəməşqin məqsədidir və qüvvələrimiz heç vaxt Suriya ordusunun mərkəzlərini atəşə tutmayacaqlar.
U-Newsun məlumatına görə, Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ötən gün mətbuat konfransında deyib: Suriyanın ərazi bütövlüyünün qorunması Ankara və Dəməşqin məqsədidir və Türkiyə qüvvələri Suriya ordusunun mərkəzlərini heç vaxt atəşə tutmayacaqlar.
O əlavə edib: Əvvəllər Suriya ordusu qırıcı təyyarəmizi vurmuşdur. Biz də onlara cavab verdik. Lakin hazırda Suriya ordusunu vurmuruq, onlar bizim atəş məqsədlərimizdən deyil. Suriya hökumətinin terrorçularla əməkdaşlıq etmədiyini bilirik.
Mövlud Çavuşoğlu deyib: Suriya hökuməti "Milli Himayə" qüvvələrinin bu ölkəni parçalamaq istədiyini yaxşı bilir. Buna görə, Dəməşq və bütün müxalifət ölkənin ərazi bütövlüyünü vurğulayır.