Ankara müstəqil kürd dövlətinin təşkili haqda xəbərdarlıq etdi
https://azeri.sahartv.ir/news/türkiyə-i294135-ankara_müstəqil_kürd_dövlətinin_təşkili_haqda_xəbərdarlıq_etdi
Türkiyə baş nazirinin müavini deyib: Ankara öz sərhədlərində bir terror dövlətinin formalaşmasına etinasız qalmayacaq.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 31, 2018 07:07 Asia/Baku
  • Ankara müstəqil kürd dövlətinin təşkili haqda xəbərdarlıq etdi
    Ankara müstəqil kürd dövlətinin təşkili haqda xəbərdarlıq etdi

Türkiyə baş nazirinin müavini deyib: Ankara öz sərhədlərində bir terror dövlətinin formalaşmasına etinasız qalmayacaq.

Rusiya əl-Youm televiziyasının məlumatına görə, Bəkir Bozdağ PKK-nin keçmişinə toxunaraq deyib: Heç bir ölkə sərhədləri daxilində 40 il müddətinə bir terror qruplaşmasının təşkil olunması qarşısında sükut etmir, xüsusilə də bu qrup həmin ölkəni parçalamağa çalışırsa. 

O həmçinin Suriyanın Afrin şəhəri yaxınlığında Zeytun Budağı əməliyyatı haqda iddia edib ki, bu hücuma dair heç bir qanuni etiraz yoxdur. 

Bozdağ eyni zamanda bildirib: Türkiyənin Suriya ərazisinə heç bir gözü yoxdur. Əslində Suriyada birliyin ən böyük hamisidir. 

Türkiyə ordusu öz cənub sərhədlərində təhlükəsizlik və stabilliyi möhkəmləndirmək məqsədilə 20 yanvardan PYD qüvvələrinə qarşı əməliyyata başlayıb. 

Dəməşq dəfələrlə Türkiyə ordusu qüvvələrinin Suriyanın şimalına hücumunu qınayıb və onu özünün milli hakimiyyətinin pozulması adlandırır.