Dəmirtaş mühakimə prosesindən narazıdır
https://azeri.sahartv.ir/news/türkiyə-i295753-dəmirtaş_mühakimə_prosesindən_narazıdır
Türkiyə Xalqların Demokratik Partiyasının məhbus sədri məhkəmə iclasında deyib: Ona qarşı irəli sürülən terrorçuluq ittihamları siyasi xarakterlidir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 15, 2018 20:08 Asia/Baku
  • Dəmirtaş mühakimə prosesindən narazıdır
    Dəmirtaş mühakimə prosesindən narazıdır

Türkiyə Xalqların Demokratik Partiyasının məhbus sədri məhkəmə iclasında deyib: Ona qarşı irəli sürülən terrorçuluq ittihamları siyasi xarakterlidir.

Röyters İnformasiya Agentliyinin məlumatına görə, Səlahəddin Dəmirtaş bu gün Ankarada ilk məhkəmə iclasında deyib: İndiyə qədər ədalətli mühakiməsinə dair heç bir ümid görməyib. 

Dəmirtaş əlavə edib: Türkiyənin ədliyyə sistemi przident Rəcəb Tayyib Ərdoğanın göstərişi ilə onu mühakimə edir. 

Dəmirtaşın işinin araşdırılması sabah davam edəcək. 

Səlahəddin Dəmirtaş 2016-cı il noyabr ayında 15 iyul uğursuz çevriliş repressiyalarında təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb.