Türkiyə hökuməti Praqanı terrorizmi himayədə ittiham etdi
Ankara kürd terrorçu dəstə başçısının azad edilməsini terrorizmi himayə adlandırdı.
Anadolu xəbər agentliyinin verdiyi məlumata görə, Türkiyə baş nazirinin sözçüsü Bəkid Bozdağ çərşənbə axşamı Çex Respublikası məhkəmə hakimiyyətinin PYD-nin sabiq lideri Saleh Müslümü azad etməsinə görə, Praqanı terrorizmi himayədə ittiham edib.
Bəkir Bozdağ Türkiyənin Saleh Müslümün ekstradisiyasını tələb etdiyi bir şəraitdə, onun azad edilməsini beynəlxalq qanunlara zidd adlandırıb və bunun Ankara-Praqa münasibətlərinə təsirsiz ötüşməyəcəyini deyib.
Saleh Müslüm dünən Çex Respublikasında məhkəməyə çıxarılıb. Və ona qarşı irəli sürülən ittihamların araşdırılmasından sonra, barəsində sərbəst buraxılmaq qərarı çıxardılıb.
Türkiyə hökuməti Çex Respublikasına ünvanlanmış rəsmi məktubda Saleh Müslümün ekstradisiya edilməsini istəmişdi.