Türkiyədə Novruz mərasimində onlarla adam saxlanılıb
-
Türkiyədə Novruz mərasimində onlarla adam saxlanılıb
Türkiyədə Novruz mərasimlərində, Afrində silahlı kürdlərə dəstək şüarları səsləndirdiklərinə görə onlarla adamı həbs edilib.
Anadolu xəbər agentliyinin verdiyi məlumata görə, Türkiyənin İstanbul şəhərində keçirilən Novruz mərasimlərində Suriyanın şimalındakı silahlı kürdlərin bayrağını daşıdıqlarına görə 20-yə yaxın adam saxlanılıb.
İzmirdə 10, Adanada isə 16 nəfər oxşar səbəbə görə saxlanılıb.
Türkiyə polisi kürd sakinli Batman şəhərində isə qeyri-qanuni aksiyanı yatırıb.
Türkiyənin Diyarbəkir kimi bəzi kürdsakinli şəhərlərində novruz mərasimlərinin güclü təhlükəsizlik tədbirləri ilə müşayiət olunduğu bildirilir.
Novruz bayramı 12 ölkə tərəfindən rəsmən tanınır. Amma İran İslam Respublikası, Azərbaycan Respublikası, Türkmənistan, Özbəkistan,Qazaxıstan, Qırğızıstan, Tacikistan, Əfqanıstan və Albaniyadan ibarət 9 ölkədə rəsmi qeyri-iş günü olaraq qeyd olunur.