Vaşinqton: ABŞ hərbçiləri Mənbicdə qalacaq
https://azeri.sahartv.ir/news/türkiyə-i299610-vaşinqton_abŞ_hərbçiləri_mənbicdə_qalacaq
ABŞ dövlət departamentinin sözçüsü Türkiyəni Amerikanın Mənbici hər cür hücum qarşısında müdafiə edəcəyi ilə hədələyərək, vurğulayıb ki, bu ölkənin hərbçiləri Suriyanın şimalında qalacaqlar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 23, 2018 10:34 Asia/Baku
  • Vaşinqton: ABŞ hərbçiləri Mənbicdə qalacaq
    Vaşinqton: ABŞ hərbçiləri Mənbicdə qalacaq

ABŞ dövlət departamentinin sözçüsü Türkiyəni Amerikanın Mənbici hər cür hücum qarşısında müdafiə edəcəyi ilə hədələyərək, vurğulayıb ki, bu ölkənin hərbçiləri Suriyanın şimalında qalacaqlar.

Hizer Noyert Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun özünün dünənki söhbətlərinə reaksiyası barədəki sualın cavabında deyib: Təkcə bunu sizə deyə bilərəm ki, Türkiyə dövlətilə müzakirələr davam edir. Bu müzakirələr hələ yekunlaşmayıbdır.

O, Türkiyənin Mənbicə qarşı hücum barədəki təhdidi haqqında isə belə deyib: ABŞ qüvvələri Mənbicdə yerləşiblər. Bu məsələni Türkiyə dövlətinə aydın şəkildə demişik ki, Mənbicdəki fəaliyyəti davam etdirəcəyik.

ABŞ dövlət departamentinin sözçüsü həmçinin təhdid edib ki, Türkiyə tərəfindən Mənbic şəhərinə qarşı hər cür hücumun baş verəcəyi halda, ABŞ hərbçiləri özlərini müdafiə edəcəklər.

Çavuşoğlu demişdi ki, hələ Amerika ilə kürd yarımhərbçilərin Mənbicdən çıxmaları barədə razılığa gəlməyiblər. 

Türkiyə prezidenti Rəcəb Tayyıb Ərdoğan da dünən amerikalı həmkarı Donald Trampa xəbərdarlıq etmişdi ki, Noyerti yerində oturtsun və yerini ona anlatsın.