Türkiyə Fransa siyasətçilərinin Quran barədəki sözlərinə etiraz edib
https://azeri.sahartv.ir/news/türkiyə-i306350-türkiyə_fransa_siyasətçilərinin_quran_barədəki_sözlərinə_etiraz_edib
300 fransalı siyasətçi və alimin Qurani-Kərimin bəzi ayələrinin anti-yəhudi olması bəhanəsi ilə çıxarılmasına dair bəyanatı Türkiyə rəsmilərinin etiraz və tənqidlərinə səbəb olub.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 08, 2018 04:22 Asia/Baku
  • Türkiyə Fransa siyasətçilərinin Quran barədəki sözlərinə etiraz edib
    Türkiyə Fransa siyasətçilərinin Quran barədəki sözlərinə etiraz edib

300 fransalı siyasətçi və alimin Qurani-Kərimin bəzi ayələrinin anti-yəhudi olması bəhanəsi ilə çıxarılmasına dair bəyanatı Türkiyə rəsmilərinin etiraz və tənqidlərinə səbəb olub.

Təsnim xəbər agentliyinin verdiyi məlumata görə, Türkiyə prezident aparatının sözçüsü İbrahim Kalın Tvitter səhifəsində yazıb: Fransalı alimlər və siyasətçilərin Qurani-Kərimin  anti-yəhudi olduğu iddia edilən bəzi ayələrinin çıxarılmasına dair təklifi son dərəcə həyasızcasınadır.

İbrahim Kalın bildirib: Modern dövrdə də demokratiya başçıları tərəfindən cəhalət və axmaqlığın mövcud olduğu təəssüf doğurur. 

Türkiyənin Avropa Birliyi naziri Ömər Çelik də deyib: Fransalı yazıçılar və siyasətçilərin müsəlmanların müqəddəs kitabı barədə bəyanatı zorakılıq və düşüncə vəhşiliyinin bariz nümunəsidir və onları təəssübkeşlik və irqçilikdə birinci sıraya qoyur.