May 18, 2018 11:12 Asia/Baku
  • Ərdoğan ABŞ-ın nüvə anlaşmasından çıxmasının yanlış hərəkət olduğunu vurğulayıb
    Ərdoğan ABŞ-ın nüvə anlaşmasından çıxmasının yanlış hərəkət olduğunu vurğulayıb

Türkiyə prezidenti Amerikanın nüvə anlaşmasından çıxmasının qəbuledilməz olduğunu bildirərək, Ağ Evin bu addımını regionda gərginlik və əmin-amansızlığın şiddətlənməsi amili adlandırıb.

Türkiyə prezidenti Rəcəb Tayyıb Ərdoğan BBC ilə müsahibədə ABŞ-ın nüvə anlaşması kimi beynəlxalq bir anlaşmadan birtərəfli surətdə çıxmasını tənqid edərək, deyib: Amerikanın nüvə anlaşması qarşısındakı sədaqətsizliyi ilə regionda çəkişmələr artacaqdır.

Türkiyə prezidenti bildirib ki, Amerika heç zaman Yaxın Şərq regionunun həssaslıqlarına diqqət yetirməyərək, onlara göz yumubdur. O, deyib ki, Amerikanın nüvə anlaşmasından çıxması Yaxın Şərqdə silah rəqabətinə səbəb ola bilər.

Ərdoğan Amerika daxil olmaqla nüvə ölkələrinin cəbbəxanlarında minlərlə nüvə başlığının qalanmasına işarə edərək, deyib: Belə bir şəraitdə İranın dinc məqsədli nüvə proqramı barədə bu ölkəyə qarşı puç ittihamların irəli sürülməsi yalnız Tehrana qarşı təzyiqi artırmaq üçün bir bəhanədir. 

Teqlər