İƏT sammitinin bəyanatının ilkin mətni: Qüds Fələstinin əbədi paytaxtıdır
https://azeri.sahartv.ir/news/türkiyə-i308122-İƏt_sammitinin_bəyanatının_ilkin_mətni_qüds_fələstinin_əbədi_paytaxtıdır
İslam Əməkdaşlıq Təşkilatının İstanbulda keçirilən fövqəladə sammitinin bəyanatının ilkin mətni Qüds şəhərini Fələstinin əbədi paytaxtı adlandırıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 18, 2018 16:59 Asia/Baku
  • İƏT sammitinin bəyanatının ilkin mətni: Qüds Fələstinin əbədi paytaxtıdır
    İƏT sammitinin bəyanatının ilkin mətni: Qüds Fələstinin əbədi paytaxtıdır

İslam Əməkdaşlıq Təşkilatının İstanbulda keçirilən fövqəladə sammitinin bəyanatının ilkin mətni Qüds şəhərini Fələstinin əbədi paytaxtı adlandırıb.

İslam Əməkdaşlıq Təşkilatının İstanbulda keçirilən fövqəladə sammitinin bəyanatının ilkin mətnində digər ölkələrin səfirliklərinin Qüdsə köçürülməsinin qarşısının alınması üçün tədbirlərin görülməsi vacibliyi vurğulanıb və bildirilibdir ki, Amerika səfirliyinin köçürülməsi onun vəziyyətini dəyişməyəcəkdir.

Bu ilkin mətndə ABŞ prezidenti Donald Tramp sionist rejimin fələstinlilərə qarşı cinayətlərini himayə etməkdə ittihamlandırılıb və bildirilibdir ki, ABŞ səfirliyinin Təl-Əvivdən Qüdsə köçürülməsi sionist işğalçıları fələstinliləri hədəfə almağa təşviq edibdir.