Türkiyə və ABŞ Suriyanın Münbiç məntəqəsinə birgə nəzarət edəcəklər
Türkiyənin xarici işlər naziri ölkəsinin ABŞ ilə birlikdə Suriyanın Münbiç şəhərinə nəzarət edəcəyini bildirib. Münbiç şəhəri hazırda kürd yaraqlılarının nəzarəti altındadır.
İRNA-nın məlumatına görə, Mövlud Çavuşoğlu jurnalistlərə verdiyi müsahibədə deyib:Münbiç şəhərinin taleyi ilə bağlı qərar YPG yaraqlılarının şəhəri tərk etməsindn sonra ABŞ dövlət katibi ilə 4 iyun tarixində baş tutacaq görüşdə tam formada aydınlaşdırılacaq.
Mövlud Çavuşoğlu əlavə edib: YPG-nin Münbiçdən çıxmasından sonra şəhərin təhlükəsizliyinə nəzarət Türkiyə və ABŞ-ın əməkdaşlığı ilə yerli hökumətə təqdim ediləcək.
Türkiyə və ABŞ arasında Münbiçlə bağlı ilkin anlaşmanın əldə edilməsinə dair xəbərlərin yayılmasına baxmayaraq, ABŞ Dövlət Departamenti hələ ki, Münbiçlə bağlı Türkiyə ilə razılığın əldə edilmədiyini bildirib.