Türkiyənin sərhəd keçidləri və gömrüklərində səsvermə başlanıb
İyun 07, 2018 10:14 Asia/Baku
Bu gün səhər Türkiyənin sərhəd keçidləri və gömrük girəcəklərində prezident və parlament seçkilərinə səsvermə başlanıb.
Bundan öncə xarici ölkələrdə yaşayan vətəndaşlara məxsus siyahılarda qeydə alınmış Türkiyə vətəndaşları bu mərkəzlərdə pasportlarını təqdim edərək, seçkilərdə iştirak edə bilərlər.
İstanbulun beynəlxalq hava limanlarında da səsvermə bu gün səhər başalanıbdır.
Türkiyənin sərhəd keçidləri və gömrük girəcəklərində səsvermə iyunun 24-ü, saat 17-dək davam edəcək.
Bütün Türkiyədə prezident və parlament seçkiləri iyunun 24-də keçirilməlidir.