Türkiyə baş naziri yeni nazirlər kabinetinin formalaşması haqda açıqlama verib
https://azeri.sahartv.ir/news/türkiyə-i316523-türkiyə_baş_naziri_yeni_nazirlər_kabinetinin_formalaşması_haqda_açıqlama_verib
Türkiyə baş naziri öz vəzifəsinin son günlərində bildirib: Bu ölkənin yeni Nazirlər Kabinetinin üzvləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın başçılığı ilə bazar ertəsi günü elan olunacaq.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 05, 2018 15:53 Asia/Baku
  • Türkiyə baş naziri yeni nazirlər kabinetinin formalaşması haqda açıqlama verib

Türkiyə baş naziri öz vəzifəsinin son günlərində bildirib: Bu ölkənin yeni Nazirlər Kabinetinin üzvləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın başçılığı ilə bazar ertəsi günü elan olunacaq.

Anadolu İnformasiya Agentliyinin məlumatına görə, Türkiyə baş naziri Binəli Yıldırım bildirib: Bu ölənin yeni Nazirlər Kabinetinin üzvləri Rəcəb Tayyib Ərdoğanın başçılığılı bazar ertəsi 9 iyulda elan olunacaq, beləliklə ölkədə fövqəladə vəziyyət sona çatacaq. 

Ərdoğanın Türkiyənin yeni üsul idarəsində Nazirlər Kabinetinin üzvlərini parlamentə təqdim etməyə və deputatların etimad səsini qazanmağa ehtiyacı yoxdur. 

Yıldırım türkiyədə yeni dövrdə parlamentin sədri olması haqda deyib ki, bu məsələ haqda qərar verə bilməz. 

Türkiyə baş naziri həmçinin sözlərinin başqa bir hissəsində əlavə edib: Ankara ABŞ-la əlaqələri normallaşdırmaq istəyir. Lakin Vaşinqton bu barədə addımlar atmalıdır.