Türkiyə; Hazırkı baş nazir yeni parlament sədrliyinə namizəd
https://azeri.sahartv.ir/news/türkiyə-i316798-türkiyə_hazırkı_baş_nazir_yeni_parlament_sədrliyinə_namizəd
Türkiyənin hakim partiyası hazırkı baş nazirin yeni parlament sədrinin namizədi olaraq seçilməsindən xəbər verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 08, 2018 04:25 Asia/Baku
  • Türkiyə; Hazırkı baş nazir yeni parlament sədrliyinə namizəd

Türkiyənin hakim partiyası hazırkı baş nazirin yeni parlament sədrinin namizədi olaraq seçilməsindən xəbər verib.

Fars Xəbər Agentliyinin məlumatına görə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 24 iyun seçkilərindən sonra parlamentdə ilk çıxışında bildirib: Konstitusiyada əlavələrdən sonra Binəli Yıldırım Türkiyənin yeni parlament sədrliyinə namizəd olacaq. 

O hakim Ədalət və İnkişaf Partiyasının deputatlarına üzünü tutaraq deyib: Yeni üsul idarənin ilk prezidenti olaraq sabah Nazirlər Kabientinin üzvlərini elan edəcək və hökumətin ilk iclasını cümə günü keçirəcək. 

Türkiyədə siyasi quruluş bazar ertəsi günü seçilmiş prezident Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasimi keçirməsi ilə parlament üsul idarəsindən prezident üsul idarəsinə dəyişəcək və baş nazirlik vəzifəsi ləğv olunacaq. 

Ərdoğan Türkiyənin yeni üsul idarəsində Nazirlər Kabinetinin üzvlərini parlamentə elan etməyə və deputatların onlara etimad səsini verməsinə ehtiyac duymur.