Ərdoğan: Türkiyə ABŞ-ın təzyiq və sanksiyalarına təslim olmayacaq
https://azeri.sahartv.ir/news/türkiyə-i319833-Ərdoğan_türkiyə_abŞ_ın_təzyiq_və_sanksiyalarına_təslim_olmayacaq
Türkiyə prezidenti vurğulayıb ki, Ankara ABŞ-ın təzyiq və sanksiyalarına təslim olmayacaq və bu problemin öhdəsindən də gələcəkdir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 13, 2018 06:04 Asia/Baku
  • Türkiyə ABŞ-ın təzyiq və sanksiyalarına təslim olmayacaq
    Türkiyə ABŞ-ın təzyiq və sanksiyalarına təslim olmayacaq

Türkiyə prezidenti vurğulayıb ki, Ankara ABŞ-ın təzyiq və sanksiyalarına təslim olmayacaq və bu problemin öhdəsindən də gələcəkdir.

Rəcəb Tayyıb Ərdoğan dünən Türkiyənin Trabzon şəhərində Ədalət və İnkişaf Partiyasının əyalət qurultayındakı çıxışında deyib: Siyasi və hiyləgər bir oyunla üzləşirik.

O, bir daha Amerikaya üzünü tutaraq deyib ki, Ankara Vaşinqtonun hədələrinə qətiyyətlə cavab verəcəkdir.

Türkiyə prezidenti əlavə edib: Amerikalılar çevriliş və təhrikedici hərəkətlərlə Türkiyə dövlətinə qarşı görə bilmədikləri işi pul ilə görmək istəyirlər və bu hərəkətin adı, açıq şəkildə iqtisadi savaşdır.

Ərdoğan əlavə edib: Vaşinqton dollar ilə Türkiyəni hədəfə alıb, amma Ankara da digər yollardan Amerikanı hədəfə alacaqdır.

Türkiyədəki partiyaların başçıları da ABŞ prezidentinin Türkiyəyə qarşı hərəkətlərini böyük səhv adlandırıb və vurğulayıblar ki, Amerika bu düşmənçilik siyasətini davam etdirməklə Türkiyəni özünün regiondakı müttəfiqi kimi itirəcəkdir.

Donald Tramp Türkiyəyə qarşı təhdidedici ifadədə belə deyib: Əgər Ankara amerikalı keşiş Andro Brunsonu tez bir zamanda azad etməzsə, hərtərəfli sanksiyalarla üzləşəcəkdir.

Türkiyə dövləti Andro Brunsonu 2016-cı ilin oktyabrında casusluqda, terror fəaliyyətlərində və Gülən qrupu ilə əlaqədə olmaq ittihamı ilə həbs etdi və o, hazırda ev dustağıdır.

Ankara Fəthullah Gürləni Türkiyədə uğursuz 2016-cı il 15 iyul çevrilişinin amili bilir.