Türkiyə-Amerika münaqişəsi NATO və Avropaya təhdiddir
Almaniyada çıxan bir qəzet Türkiyədəki siyasi və maliyyə böhranın və Vaşinqton-Ankara münaqişəsinin fəsadlarının NATO və Avropa Birliyi üçün təhlükə olduğunu bildirib.
Rainişe Post qəzeti bu günkü sayında dərc etdiyi məqalədə Türkiyədə lirənin devalvasiyası və maliyyə böhranı barədə bu durumun Nato və Avropa üçün təhdid olduğunu bildirib və yazıb: NATO öz müttəfiqləri arasında baş verən bu kimi münaqişələrin həlli üçün heç bir mexanizmə malik deyil.
Alman qəzet yazıb: Amerika və Türkiyənin qarşıdurmasında Ankara barıt anbarına çevrilib və Avropa keçmişdə olduğu kimi şok vəziyyətindədir və aciz qalıb.
Alman qəzet sonra iddia edir ki, Türkiyə strateji müttəfiq kimi itirilərsə Orta şərq toqquşmaları Avropa sərhədlərinə yaxınlaşacaq və Rusiya qərb ittifaqını dağıtmağa dair məqsədinə daha da yaxınlaşacaq.
Son günlər Ankara ilə Vaşinqton arasında ticarət münaqişələri güclənib və Amerika Türkiyədə bir keşişin həbsinə reaksiyada Türkiyədən idxal edilən polad və alüminium idxalına tarifləri iki qat artırıb.