Qətər Əmiri: Türkiyənin yanında qalacağıq
https://azeri.sahartv.ir/news/türkiyə-i320088-qətər_Əmiri_türkiyənin_yanında_qalacağıq
Qətər Əmiri Şeyx Təmim Bin Həməd Ali-Sani deyib: Doha Türkiyədəki qardaşlarının yanında duracaq.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 16, 2018 04:00 Asia/Baku
  • Qətər Əmiri: Türkiyənin yanında qalacağıq

Qətər Əmiri Şeyx Təmim Bin Həməd Ali-Sani deyib: Doha Türkiyədəki qardaşlarının yanında duracaq.

Anadolu İnformasiya Agentliyinin məlumatına görə, Qətər əmiri çərşənbə gecə öz Twitter səhifəsində yazıb: Qətər Türkiyənin yanında duracaq, çünki Ankara da Qətər və xalqının yanında dayanıb. 

Qətər Əmiri əlavə edib: Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla danışıqlar çərçivəsində Qətər güclü iqtisadiyyatı və istehsalı olan Türkiyədə 15 milyar dollarlıq yatırım edəcək. 

Bu arada Rəcəb Tayyib Ərdoğan da Qətər Əmiri və bu ölkə xalqını Türkiyəni dəstəklədiyinə görə alqışlayıb. 

Ərdoğan öz Twitter səhifəsində yazıb: Şübhəsiz Türkiyə və Qətərin müxtəlif sahələrdə əla və möhkəm münasibətləri inkişaf edəcək. 

Qətər Əmiri çərşənbə günü Türkiyə paytaxtı Ankarada bu ölkə prezidenti ilə görüşərək danışıqlar aparıb.