Ərdoğan: ABŞ ilə mübarizə Türkiyə xalqının iradəsi və birliyini tələb edir
Türkiyə prezidenti ABŞ-ın bu ölkə iqtisadiyyatına qarşı iqtisadi siyasətləri ilə mübarizənin Türkiyə xalqının iradəsi və birliyini tələb etdiyini bildirib.
Rəcəb Tayyıb Ərdoğan dünən Amerikanın iqtisadi sanksiyalarından irəli gələn Türkiyədəki valyuta böhranına reaksiya olaraq verdiyi bir bəyanatda bildirib ki, türkiyəlilərin bu ölkə iqtisadiyyatını hədəfə alan hücumlarla mübarizə üzrə iradə və öhdəlikləri vacib bir məsələdir.
Ərdoğan bu bəyanatda bildirib: Heç kəs Türkiyənin 2023, 2053 və 2071-ci illər üçün nəzərdə tutduğu iqtisadi hədəflərə çatmasına mane ola bilməz.
Türkiyə ixracatın 300 milyard dollarlıq həcmlə artması və xarici ticarət kəsrinin azalmasını bu ölkə iqtisadiyyatının 2023-cü ilədək olacaq yeni beşillik dövrdə xilas edilməsi üzrə mühüm həll yollarından biri adlandırıb.
Amerika dövləti amerikalı keşiş Andro Bransonun casusluqda və Türkiyədə keçirilmiş uğursuz 2016-cı il hərbi çevrilişin amili, Amerikada yaşayan Fəthullah Gülən ilə əlaqədə olmaqda ittiham edilməsinin ardınca 2018-ci il avqustun birində Ankaraya qarşı sanksiyalar tətbiq etdi.