Türkiyənin hərbi təyyarələri İraqın şimalını bombalayıblar
https://azeri.sahartv.ir/news/türkiyə-i325698-türkiyənin_hərbi_təyyarələri_İraqın_şimalını_bombalayıblar
Türkiyə ordusu baş qərargahı dünən gecə bir bəyanatda bu ölkənin hərbi təyyarələrinin İraqın şimalında Kərkük vilayətinin Əl-Zab ərazilərini bombalamasından xəbər verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 16, 2018 06:58 Asia/Baku
  • Türkiyənin hərbi təyyarələri İraqın şimalını bombalayıblar
    Türkiyənin hərbi təyyarələri İraqın şimalını bombalayıblar

Türkiyə ordusu baş qərargahı dünən gecə bir bəyanatda bu ölkənin hərbi təyyarələrinin İraqın şimalında Kərkük vilayətinin Əl-Zab ərazilərini bombalamasından xəbər verib.

İRİB-in verdiyi məlumata görə, Türkiyə ordusu baş qərargahı bildirib ki, Türkiyə qırıcı təyyarələri həmin ərazilərdə yerləşən PKK-nın gizləndiyi yeraltı mərkəzləri və silah-sursat anbarlarını bombalayıb. 

2015-ci ildən başlayaraq Türkiyə İraqın şimalında PKK mövqelərinə vaxtaşırı olaraq hücumlar təşkil edir. İraq dövləti bu əməliyyatlara reaksiya verir.