Ankara "Qaşıqçı" olayının şəffaf formada araşdırılmasını istəyir
Okt 23, 2018 11:37 Asia/Baku
-
Ankara "Qaşıqçı" olayının şəffaf formada araşdırılmasını istəyir
Türkiyənin xarici işlər naziri Ankaranın jurnalist Camal Qaşıqçının qətlinə dair cinayət işinə aydınlıq gətirmək üçün BMT və beynəlxalq məhkəmələrlə əməkdaşlıq etmək niyyətində olduğunu bildirib
Təsnim xəbər agentliyinin verdiyi məlumata görə, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ankaranın Camal Qaşıqçının qətlinə dair məlumatları heç bir ölkə ilə paylaşmadığını deyərək, əlavə edib: Ankara "Qaşıqçı" olayını BMT və beynəlxalq məhkəmələr ilə şəffaf formada araşdırmaq niyyətindədir.
Türkiyənin xarici işlər naziri həmçinin, deyib: Türkiyənin faktaraşdırıcı qrupunda Ərəbistandan bir nəfər də olsun iştirak etmir.
Çavuşoğlu daha sonra Ərəbistanın Qaşıqçının qətlə yetirilməsinə dair etirafını "gecikmiş" amma, "önəmli" adlandırıb.