Türkiyənin Vətən Partiyasının sədri: Qaşıqçının cəsədi tapılıb
Okt 23, 2018 14:38 Asia/Baku
-
Türkiyənin Vətən Partiyasının sədri: Qaşıqçının cəsədi tapılıb
Türkiyənin Vətən Partiyasının sədri ərəbistanlı jurnalist Camal Qaşıqçının cəsədinin İstanbulda, Ərəbistanın Baş Konsulluğunun həyətindəki quyuda tapıldığını bildirib.
İRİB-nin verdiyi məlumata görə, Doğu Perincək deyib: etibarlı mənbələrdən daxil olan məlumata görə, Camal Qaşıqçının cəsədinin bəzi hissələri Ərəbistanın İstanbuldakı Baş Konsulluğunun həyətindəki quyuda aşkar edilib.
Ərəbistan rəsmiləri təqribən 3 həftə Camal Qaşıqçının qətlə yetirilməsinə dair xəbərləri təkzib etdikdən sonra, nəhayət şənbə günü jurnalistin Ərəbistanın Baş Konsulluğunda qətlə yetirildiyini etiraf etdilər.