Ərdoğan Qaşıqçının qətli amillərinin cəzalandırılmalarını vurğulayıb
Türkiyə prezidenti bir daha səudiyyəli tənqidçi Camal Qaşıqçını İstanbulda qətlə yetirmiş amillərin cəzalandırılmalarını vurğulayıb.
Rəcəb Tayyıp Ərdoğan dünən Ankarada keçirilən "Hökumət Şurasından İnzibati Ədalət Məhkəməsinədək" adlı beynəlxalq konfransda deyib: Qaşıqçının qətlə yetirilməsi cinayətinin ört-basdır edilməsinə icazə verməyəcəyik və bu cinayətin səbəbkarları və məsul şəxslərinin cəzalandırılmaları üçün əlimizdən gələni edəcəyik.
Türkiyə prezidenti ədalətin reallaşmasını Qaşıqçının qətli işinin izlənilməsində Türkiyənin hədəfi adlandırıb və belə əlavə edib: Ankara bu cinayətin yeni və gizli cəhətlərini aşkar edən kimi onları açıq şəkildə elan edəcəkdir.
Türkiyə prezidenti Rəcəb Tayyıp Ərdoğan çərşənbə axşamı günü də bu ölkə parlamentində bildirdi ki, səud başçılarının Qaşıqçının qətli barədəki izahatları qaneedici deyildir. O, dedi: Bu cinayət öncədən planlaşdırılmış bir hərəkət idi və bu məsələyə aydınlıq gətirilməlidir ki, səud jurnalistini qətlə yetirmiş on beş nəfərə kim göstəriş veribdir.