Qaşıqçının terror edilməsi Paris iclasının gündəmində
Ərəbistanlı jurnalist Camal Qaşıqçının terror edilməsi hadisəsi Parisdə keçirilən Ümumdünya İnsan Haqları İclasının gündəmini zəbt edib.
Əl-Cəzirə telekanalının internet səhifəsində yer alan məlumata görə, Ümumdünya İnsan Haqları İclası dünən Parisdə işə başlayıb. Bu iclasda beynəlxalq təşkilatlar, insan haqları təşkilatları və müxtəlif ölkələrin nümayəndələri iştirak edirlər.
BMT-nin insan haqları üzrə ali komissarı Mişel Baçle bu iclasda çıxış edərək, insan haqları müdafiəçilərinin hər bir baxımdan dəstəklənməsini istəyib. Və bəzi ölkələrin təhlükəsizlik bəhanəsi ilə insanlara qarşı işgəncədən istifadə etməsini tənqid edib.
Fransa İnsan Haqları Gözətçisi Təşkilatının sədri Benedikt Cinrud da deyib: Camal Qaşıqçının terror edilməsi təsadüfi hadisə deyil. Əksinə, Ərəbistanda insan haqlarının görməməzliyə vurulması və müxaliflərin repressiya edilməsi çərçivəsində atılmış bir addımdır.
O, daha sonra deyib: Qaşıqçı olayı Ərəbistanda insan haqlarının geniş formada pozulmasını xatırladır və Ərəbistanın insan haqlarına əhəmiyyət vermədiyini sübut edir.
"Front Layn Defenders" təşkilatının üzvü Loran Aldinov da bu iclasda çıxış edərək, Qaşıqçının terror edilməsi və Yəmən müharibəsi ilə əlaqədar ölkələrin Ərəbistana təzyiq göstərmələrini istəyib.