Çavuşoğlu: Qaşıqçının qətli barədə beynəlxalq təhqiqat zəruridir
https://azeri.sahartv.ir/news/türkiyə-i327981-Çavuşoğlu_qaşıqçının_qətli_barədə_beynəlxalq_təhqiqat_zəruridir
Türkiyənin xarici işlər naziri səud rejimini tənqid edən jurnalist Camal Qaşıqçının qətli barədə beynəlxalq təhqiqatı zəruri adlandırıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 15, 2018 10:37 Asia/Baku
  • Çavuşoğlu: Qaşıqçının qətli barədə beynəlxalq təhqiqat zəruridir

Türkiyənin xarici işlər naziri səud rejimini tənqid edən jurnalist Camal Qaşıqçının qətli barədə beynəlxalq təhqiqatı zəruri adlandırıb.

Mövlud Çavuşoğlu dünən gecə deyib: İstanbulda Qaşıqçının qətli barədə beynəlxalq təhqiqat bir zərurətə çevrilibdir.

Türkiyədə hakim Ədalət və İnkişaf Partiyasının sözçüsü Ömər Çelik də dünən gecə Camal Qaşıqçının qətlini pisləyib və bildirib ki, Ankara, Ərəbistanın İstanbuldakı konsulluğunun içərisində Qaşıqçını qətlə yetirməsi üçün səud xəfiyyə qrupuna göstəriş vermiş şəxslərin adlarını ifşa etməyə sadiqdir.

Çelik vurğulayıb ki, Qaşıqçının qətlinə kimin göstəriş verdiyi aydınlaşmalıdır, zira dünya xalqları bu suala cavab axtarırlar.