Dek 22, 2018 12:44 Asia/Baku
  • Ərdoğan İran və Rusiya ilə əməkdaşlıqlara təkid edib
    Ərdoğan İran və Rusiya ilə əməkdaşlıqlara təkid edib

Türkiyə prezidenti bildirib ki, ölkəsi İran İslam Respublikası və Rusiya ilə regionun təhlükəsizliyinin təmini sahəsindəki əməkdaşlıqlarını davam etdirəcək.

Anadolu xəbər agentliyinin verdiyi məlumata görə, Rəcəb Təyyib Ərdoğan dünən regionda sabitlik və təhlükəsizliyin Türkiyə üçün prioritet təşkil etdiyini vurğulayaraq deyib: İran İslam Respublikasının prezidenti Həsən Ruhani ilə cümə axşamı Ankarada baş tutan görüşdə iki tərəf regionda sülhün təmini üçün siyasi münasibətlərin davam etməsini vurğuladılar. 

Türkiyə prezidenti ölkəsinin Suriya siyasəti barədə deyib: Ankara Suriyanın ərazi bütövlüyünə hörmətlə yanaşır amma kürd qruplarının Suriyanın şimalından təmizlənilməsi barədə mövqeyi qətiyyətlidir. 

Teqlər