İyun 21, 2019 15:04 Asia/Baku
  • AB Türkiyəni sanksiya ilə hədələyib

Avropa Birliyi Türkiyəyə xəbərdarlıq edib ki, əgər Kipr sahillərindəki qanunsuz qaz kəşfiyyatı əməliyyatını dayandırmazsa, bu birlik tərəfindən sanksiya ediləcəkdir.

Avropa Birliyinin başçıları dünən axşmaçağı Brüssel iclasının birinci gününün yekun bəyanatında vurğulayıblar ki, Türkiyənin icra etməkdə olduğu qanunsuz qazıntı fəaliyyətini pisləyirlər.

Bəyanatda deyilir: Ankara Avropa Birliyinin ardıcıl xəbərdarlıqlarına heç bir reaksiya verməyibdir və üzvlər birliyin xarici siyasət komissiyasından istəyiblər ki, təxirə salmadan bu barədə lazımi tədbirlər görsün.

Avropa Birliyi bu bəyanatda bildirib ki, Türkiyənin irəliləyişlərinə uzaqdan nəzarət edir və Kiprin koordinasiyası ilə Ankaraya münasib cavab verəcəkdir.

Belə bir halda, Türkiyənin energetika nazirliyi dünən bu ölkənin ikinci kəşfiyyat gəmisinin yola salınması mərasimində bir neçə ay bundan öncə başlanmış qazıntı əməliyyatını Ankaranın qanuni haqqı adlandırıbdır.

Teqlər