Türkiyə Liviyada hərbi baza düzəltmək niyyətindədir
-
Türkiyə Liviyada hərbi baza düzəltmək niyyətindədir
Liviya milli ordusu Türkiyə gəmilərinin Xums limanı yaxınlığında Liviya sahillərinə yaxınlaşmalarından xəbər verib.
Ankara Liviyada hərbi baza tikmək layihəsini araşdırmaqdadır. Bu məsələ Tripolidə yerləşən Liviya milli birlik hökumətinin xahişindən asılıdır.
Bu arada Liviya milli ordusu Türkiyə gəmilərinin Xums limanı yaxınlığında Liviya sahillərinə yaxınlaşmasından xəbər verib. Belə bir halda, bəzi məlumatlar Türkiyə təyyarələrinin Misratə hava limanına, eləcə də Türkiyə gəmilərinin Liviyaya köçürülməsinin başlanmasından xəbər verirlər.
Bu gəmilər pilotsuzlar, tanklar və xüsusi təyinatlı qüvvələri daşıyırlar. Burada belə bir sual ortaya çıxır: Nə üçün Türkiyə Tripolidə yerləşən Liviya milli birlik hökumətini himayə edir və bunun əvəzində nə istəyir?
Müşahidəçilərin sözlərinə görə, Türkiyə Liviyada böyük mənfəətlər əldə etmək niyyətindəidr. Türkiyənin Nigeriya, İran və Əlcəzairlə qaz müqavilələri 2021 və 2022-ci illərin başlanması ilə başa çatacaq və bu ölkə nəticə etibarı ilə yeni alternativlər əldə etməyə ehtiyac duyur. Liviya Türkiyənin neft və qaz ehtiyaclarının təmin olunması üçün ən yaxın ölkədir. Elə buna görədir ki, Türkiyə Liviya milli birlik hökuməti ilə dəniz sərhədlərinin təyini barədəki müqavilənin imzalanmasını əsaslandırır. Bu müqavilə səbəb olacaq ki, Türkiyə Aralıq dənizi sularındakı təbii qaz mənbələrindən paya malik olmuş olsun.
Xəlifə Həftərin Liviya milli ordusu Türkiyə silahlarını daşıyan gəmilər bu ölkə ərazisinə yaxınlaşarkən və ya daxil olarkən onları hədəfə almaq niyyətindədir.