Həftər qüvvələri bir Türkiyə gəmisini Liviyanın şərqinə yönəldiblər
https://azeri.sahartv.ir/news/türkiyə-i354443-həftər_qüvvələri_bir_türkiyə_gəmisini_liviyanın_şərqinə_yönəldiblər
Liviyanın milli ordusu adlı qüvvələr Aralıq dənizində Türkiyəyə aid olan bir gəminin hərəkətinə mane olaraq, onu Liviyanın şərqinə doğru yönəldiblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 22, 2019 09:40 Asia/Baku
  • Həftər qüvvələri bir Türkiyə gəmisini Liviyanın şərqinə yönəldiblər
    Həftər qüvvələri bir Türkiyə gəmisini Liviyanın şərqinə yönəldiblər

Liviyanın milli ordusu adlı qüvvələr Aralıq dənizində Türkiyəyə aid olan bir gəminin hərəkətinə mane olaraq, onu Liviyanın şərqinə doğru yönəldiblər.

General Xəlifə Həftərin tabeliyində olan Liviyanın milli ordusu adlı qüvvələr bildiriblər ki, Türkiyəyə aid olan gəminin hərəkətinin qarşısının alınması dekabrın 21-də, Liviyanın bölgə sularında patrul keçilərkən Liviyanın Derna şəhərinin sahilində və dəniz sərhədində baş veribdir.

Məlumatlara görə, bu gəmi Qrenadanın bayrağı altında hərəkətdə imiş, amma onun sərnişinləri türkiyəli olublar.

Həftər qüvvələri bundan öncə xəbərdarlıq etmişdilər ki, Liviya sahillərinə yaxınlaşacaqları halda, Türkiyə gəmilərini hədəfə alıb, batıracaqlar.

Türkiyə prezidenti Rəcəb Tayyıb Ərdoğan və Liviya milli birlik hökumətinin başçısı Faiz Əlsərac noyabrın 27-də dəniz bölgələrində təhlükəsizlik əməkdaşlığı haqda iki anlaşma sənədi imzaladılar ki, bu da Misir, Kipr və Yunanıstan daxil olmaqla Aralıq dənizi kənarındakı ölkələrin kəskin reaksiyaları ilə üzləşdi.