Türkiyə Liviya ilə təhlükəsizlik razılaşmasına sadiq qalacaq
-
Türkiyə Liviya ilə təhlükəsizlik razılaşmasına sadiq qalacaq
Türkiyə prezidenti rəsmi Ankaranın Liviya ilə təhlükəsizlik və dəniz razılaşmalarından geri oturmayacağını və onlara sadiq qalacağını vurğulayıb.
Anadolu xəbər agentliyinin verdiyi məlumata görə, Rəcəb Təyyib Ərdoğan dünən Türkiyə istehsalı olan ilk süaltı qayığın təqdimatı mərasimində etdiyi çıxışında deyib: Türkiyə Faiz Əssirac hökuməti ilə imzalanmış müştərək razılaşmanın bəndlərinin icrasından heç cür vaz keçməyəcək.
Ərdoğan deyib: Rəsmi Ankara lazım gələrsə Liviyanın Milli Birlik Hökuməti ilə təhülkəsizlik və dəniz razılaşmalarını daha da genişləndirəcək.
Türkiyə parlamenti şənbə günü bu ölkə ilə Liviya hökuməti arasındakı təhlükəsizlik və dəniz əməkdaşlıqları üzrə razılaşmanı təsdiqlədi.
Bu razılaşmaya görə, Liviya hökuməti istərsə, Türkyə bu ölkəyə hərbi təchizatlar göndərəcək. Türkiyə və Liviya bir ay öncə Liviyanın Milli Birlik Hökumətinin başçısı Faiz Əssiracın Ankaraya rəsmi səfəri və Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğanla görüşü zamanı bu razılaşmanı imzaladılar.
Trablosda yerləşən Liviya Milli Birlik Hökuməti, Liviyanın Milli Ordusu adlandırılan qüvvələrin komandanı General Xəlifə Həftərin başçılıq etdiyi yaraqlılarla mübarizə aparmaqdadır. General Həftər Səudiyyə Ərəbistanı, Misir və Birləşmiş Ərəb Əmirlikləri tərəfindən dəstəklənir və Türkiyə ilə bu üç ölkə əlaqələrində böhran yaşanmaqdadır.
ƏRDOĞAN : TÜRKİYƏ LİVİYA İLƏ RAZILAŞMAYA SADİQ QALACAQ