Türkiyə Səudiyyə məhkəməsinin qərarını qınayıb
-
Türkiyə Səudiyyə məhkəməsinin qərarını qınayıb
Türkiyə dövləti Səudiyyə Ərəbistanı məhkəməsinin Camal Qaşıqçının qətli barədə hökmünü ədalətsiz hesab edərək bu cinayətin amillərinin şəffaf şəkildə mühakimə edilmələrini istəyib.
FransPress-in verdiyi məlumata görə, Türkiyənin Xarici İşlər Nazirliyi bir bəyanatda bildirib: Səudiyyə məhkəməsinin qərarı, beynəlxalq ictimaiyyətin Qaşıqçının qətli ilə əlaqədar gözləntilərindən uzaqdır.
Türkiyə XİN bəyanatında deyilir: Bu qətlin ipucu cəhətləri Qaşıqçının cəsədi ilə bağlı qaranlıq cəhətləri də əhatə edərək tam gizli qalıb və Səudiyyə Ərəbistanının məsuliyyət qəbul etməsi baxımından bu əsas nöqsan hesab olunur.
Bir Səudiyyə məhkəməsi dünən Qaşıqçının qətli ilə əlaqədar 5 nəfərə ölüm, 3 nəfərə isə uzun müddətli həbs cəzası verib. Bu hökümə əsasən qətlin əsas amillərindən ikisinə bəraət qazandırılıb.