Türkiyə İdlibə yeni hərbi təchizatlar göndərib
Türkiyə ilə Suriya arasında gərginliyin şiddətlənməsinin ardınca Ankara özünün Suriyanın şimal-qərbində yerləşən İdlib vilayətindəki nəzarət postlarına yeni hərbi təchizatlar göndərməsindən xəbər verib.
Anadolu xəbər agentliyinin məlumatına görə, Türkiyənin 150 hərbi avtomobilə şamil olan hərbi karvanı bu ölkənin cənubunda yerləşən Hatay vilayətinin Reyhanlı şəhərindən Türkiyənin İdlibdəki nəzarət postlarına tərəf hərəkət edib.
Bu məlumata görə, həmin hərbi karvan güclü təhlükəsizlik tədbirləri altında Suriyaya daxil olub. Karvana komandos qüvvələri, həmçinin hərbi təchizat və sursatlar daxildir.
Türkiyə ordusu İdlibdə 12 nəzarət postu yaradıbdır.
Türkiyənin hərbi təchizatları elə bir halda Suriyaya daxil olubdur ki, Türkiyə ordusunun İdlibə qanunsuz girişindən sonra Suriya ordusu Türkiyə hərbçilərinin İdlib vilayətindəki mövqelərini hədəfə alıb. Nəticədə altı türkiyəli hərbçi ölüb, təqribən 20 nəfər də yaralanıbdır.