Türkiyə rəsmisinin İdlibdə suriyalı qüvvələrlə mübarizə haqdakı iddiası
https://azeri.sahartv.ir/news/türkiyə-i357645-türkiyə_rəsmisinin_İdlibdə_suriyalı_qüvvələrlə_mübarizə_haqdakı_iddiası
Türkiyə prezident administrasiyası əlaqələr ofisinin müdiri Ankaranın fevralın sonunadək suriyalı qüvvələri bu ölkənin İdlib vilayətindən çıxarmaq niyyətindən danışıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 13, 2020 09:56 Asia/Baku
  • Türkiyə rəsmisinin İdlibdə suriyalı qüvvələrlə mübarizə haqdakı iddiası

Türkiyə prezident administrasiyası əlaqələr ofisinin müdiri Ankaranın fevralın sonunadək suriyalı qüvvələri bu ölkənin İdlib vilayətindən çıxarmaq niyyətindən danışıb.

Fəxrəddin Altun dünən gecə deyib: Türkiyə suriyalı qüvvələrin bölgədən geri çəkilmələri məqsədilə Suriyanın İdlib vilayətində əməliyyat keçirmək niyyətindədir.

Bundan öncə də Türkiyənin prezidenti Rəcəb Tayyıb Ərdoğan bu ölkənin dəstəyi altında olan qrupların suriyalı qüvvələri İdlibdən geri oturtmağa hazır olmalarından söz açmışdı.

Türkiyə ordusunun anti-Suriya mahiyyətli silahlı qrupları himayə etmək üçün bu ölkənin İdlib vilayətinə daxil olması vəziyyətin gərginliyini artırıbdır. Suriya ordusunun və türkiyəli qüvvələrin mövqelərinin qarşılıqlı şəkildə atəşə tutulması nəticəsində onlarla nəfər ölüb və yaralanıbdır.