Türkiyə Suriyanın İdlib barədə təklifini rədd edib
https://azeri.sahartv.ir/news/türkiyə-i357978-türkiyə_suriyanın_İdlib_barədə_təklifini_rədd_edib
Türkiyə Prezident Administrasiyasının sözçüsü bildirib ki, Suriyanın İdlib vilayətində atəşkəsin bərqərar olunmasına dair Rusiya tərəfi ilə müzakirələrdə arxayın edəcək bir nəticə əldə olunmayıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 19, 2020 15:50 Asia/Baku
  • Türkiyə Suriyanın İdlib barədə təklifini rədd edib
    Türkiyə Suriyanın İdlib barədə təklifini rədd edib

Türkiyə Prezident Administrasiyasının sözçüsü bildirib ki, Suriyanın İdlib vilayətində atəşkəsin bərqərar olunmasına dair Rusiya tərəfi ilə müzakirələrdə arxayın edəcək bir nəticə əldə olunmayıb.

Təsnim xəbər agentliyinin verdiyi məlumata görə, İbrahim Kalın bu gün bir mətbuat konfransında son günlər Ankara və Moskvada Suriyanın İdlib vilayətində atəşkəsin bərqərar olunması mövzüsunda Türkiyə və Rusiya heyətləri arasında gedən müzakirələr barədə deyib: Bu müzakirələr davam etdiriləcək. 

Türkiyuə PA-nın sözçüsü ölkəsinin İdlibə hərbçi və hərbi təchizatlar göndərməkdə məqsədinin bu bölgədə mülki əhalini mühafizə etmək olduğunu iddia edib. 

İbrahim Kalın eyni zamanda Beynəlxalq ictimaiyyətin Suriya böhranı barədəki passivliyini qınayıb. 

Türkiyənin növbəti hərbi karvanı elə bir şəraitdə İdlibə göndərilir ki, Suriya ordusu bu bölgədə irəliləməkdədir və bu əraziləri terrorçu ünsürlərdən təmizləyir. 

TÜRKİYƏ RUSİYANIN İDLİB BARƏDƏ TƏKLİFİNİ RƏDD EDİB