Türkiyə Amerikadan "Patriot" raket sistemi almaq istəyir
https://azeri.sahartv.ir/news/türkiyə-i358609-türkiyə_amerikadan_patriot_raket_sistemi_almaq_istəyir
Türkiyənin xarici işlər naziri bir daha Ankaranın Vaşinqtondan "Patriot" reket sistemini satın almaq barədəki tələbini dilə gətirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 01, 2020 10:18 Asia/Baku
  • Türkiyə Amerikadan
    Türkiyə Amerikadan "Patriot" raket sistemi almaq istəyir

Türkiyənin xarici işlər naziri bir daha Ankaranın Vaşinqtondan "Patriot" reket sistemini satın almaq barədəki tələbini dilə gətirib.

Röytersin verdiyi məlumata görə, Mövlud Çavuşoğlu dünən gecə Dohada ABŞ dövlət katibi Mayk Pompeo ilə görüşündə rəsmi Ankaranın Patriot raket sistemini satın almaqdakı israrlı olmasını vurğulayaraq iddia edib ki, suriyalı qüvvələrin İdlib bölgəsində Türkiyə hərbçilərinə  hücumlarına qarşı bu sistemə ehtiyac var. 

Son vaxtlar da Türkiyənin müdafiə naziri Hulusi Akar demişdi ki, Amerika Suriyada toqquşmaların şiddətlənməsindən və İdlibdə Türkiyə hərbçilərinin tələfatının armasından sonra Türkiyəyə Patriot raket hücumundan müdafiə sistemi göndərmək qərarına gəlib. 

TÜRKİYƏ PATRİOT ALMAQDA İSRARLIDIR