Ərdoğan Suriyada Türkiyə hərbçilərinin tələfatını etiraf edib
-
Ərdoğan Suriyada Türkiyə hərbçilərinin tələfatını etiraf edib
Türkiyə prezidenti bu ölkə ordusunun Suriyanın İdlib vilayətində həmin ölkə ordusu ilə döyüşlərdəki insan tələfatı və maliyyə xəsarətlərini etiraf edib.
Rəcəb Tayyıb Ərdoğan dünən Moskvadan Türkiyəyə geri dönərkən etiraf edib ki, bu ölkə ordusu həmin döyüşlərdə yüzlərlə nəfərə çatan böyük insan tələfatına məruz qalıb.
Türkiyə prezidenti vurğulayıb ki, Ankaranın Rusiya ilə heç bir problemi yoxdur və Türkiyənin yeganə hədəfi, Suriya hökuməti ilə mübarizədir. O, Ankara ilə Moskva arasında İdlibdə yeni atəşkəs barədə razılaşmanın imzalanmasına toxunub və belə deyib: Əgər bu razılaşmanın maddələri və zaman cədvəli icra olunarsa, təsbiq olacaqdır.
Suriya iki aydan çoxdur ki, İdlib vilayətini terrorçulardan təmizləmə əməliyyatına başlayıb, amma Türkiyə bu addıma qarşıdır.
ƏRDOĞAN SURİYADA TÜRKİYƏ HƏRBÇİLƏRİNİN TƏLƏFATINI ETİRAF EDİB