Merkel Türkiyəni tənqid edib
https://azeri.sahartv.ir/news/türkiyə-i359097-merkel_türkiyəni_tənqid_edib
Almaniya kansleri dünən Türkiyəni öz problemlərini miqrantlar vasitəsi ilə həll etməkdə ittihamlandıraraq deyib: Türkiyənin miqrantlarla rəftarı qəbuledilməzdir .
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 10, 2020 04:17 Asia/Baku
  • Merkel Türkiyəni tənqid edib
    Merkel Türkiyəni tənqid edib

Almaniya kansleri dünən Türkiyəni öz problemlərini miqrantlar vasitəsi ilə həll etməkdə ittihamlandıraraq deyib: Türkiyənin miqrantlarla rəftarı qəbuledilməzdir .

Angela Merkel Türkiyəni Türkiyəni Yunanıstan vasitəsi ilə Avropa Birliyinə daxil olmaq istəyən miqrantlardan öz problemlərinin həlli üçün istifadə etməkdə ittiham edib.

Merkel həmçinin Türkiyənin  2016-cı il miqrantlar üzrə müqavilənin şərtlərini görməməzliyə vurmasını pisləyib.

Almaniya kansleri dünən Berlində Almaniya və Helni İqtisadiyyat Assambleyasında etdiyi çıxışında deyib: Türkiyənin siyasəti qəbuledilməzdir, məhz buna görə də mən Avropa Birliyi ilə Türkiyə arasında yeni mərhələdə əldə olunan razılaşmanı dəstəkləyirəm.

Merkel əksəriyyətini suriyalıların təşkil etdiyi 3.5 milyon miqrantla ağır yük götürdüyünü etiraf etsə də eyni zamanda deyib: Türkiyə miqrantlar vasitəsi ilə öz problemlərini həll etmək istəyərsə həmdərdlik yaxud dərk edilməni təvəqqe etməməlidir .

Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğan dünən gecə bir daha Şimali Atlantika Müqaviləsi Təşkilatını (NATO) Suriya barədə Ankaraya dəstək verməyə çağırdı.

 

ALMANİYANIN KANSLERİ TÜRKİYƏNİ TƏNQİD EDİB